Hamımız üçün Böyük Qayıdış... - VİDEO
Ölkə başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur.
Adalet.az xəbər verir ki, Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə fləşmoblar hazırlanır.
Onlar görülən işlərə, Böyük Qayıdışa münasibət bildirir, geri qayıdan əhaliyə mənəvi dəstək ifadə edirlər. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Dövlət Komitəsi tərəfindən hazırlanmış video-fləşmobu təqdim edirik:
Digər Xəbərlər
30 Dekabr 2025 16:03
Bakı və bölgələrdə külək güclənib - FAKTİKİ HAVA
30 Dekabr 2025 15:14
Xocalı və Şuşa şəhərlərinə infotur təşkil edilib
30 Dekabr 2025 14:20
Polis ictimai asayişin təmini üçün təhlükəsizlik tədbirləri görür - VİDEO
30 Dekabr 2025 12:49


Bakı -°C

