Hava çirklənməsinə məruz qalma insult riskini artırır
“Ətraf mühitin, təbii ki, insan orqanizminin funksiyalarına əhəmiyyətli təsiri var”.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova açıqlayıb.
Onun sözlərinə görə, ekoloji təhlükəsizlik məsələləri ölkəmiz üçün prioritet istiqamətlərdən biridir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nəhəng ekoloji konfransının bu il məhz Azərbaycanda keçirilməsi bunu bir daha təsdiq edir”.
Sonda P.Allahyarova “İqlim dəyişikliyi və insult” mövzusuna dair bir çox tədqiqatların aparıldığını qeyd edib:
“Bildiyimiz kimi, havanın çirklənməsi və qlobal istiləşmə ilə əlaqəli məsələlərdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumatlara görə, hava çirklənməsinə məruz qalma insult riskini artırır. Hazırkı iqlim dəyişiklikləri səbəbindən suyun duzluluğun artması da gözlənilir. Bu da, öz növbəsində, arterial təzyiqin yüksəlməsinə, nəticə etibarı ilə də insult riskinin artmasına səbəb ola bilər”.
Digər Xəbərlər
30 Dekabr 2025 15:16
Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr
30 Dekabr 2025 11:10
Bayram günlərində sağlam qidalanma üçün ən mühüm qaydalar
30 Dekabr 2025 11:03
Bayram günlərindən sonra qida rejiminin bərpası - SN-dən tövsiyələr
30 Dekabr 2025 10:08
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
29 Dekabr 2025 13:00
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15


Bakı -°C

