"Hay Dat" dan hökümətə bəyanat: "Kamil Zeynallını tutun..."
Xatırlayırsınızsa, ötən il, Azərbaycan vətəndaşı, idmançı Kamil Zeynallı barəsində qondarma ittihamlarla Ermənistanda “cinayət işi” açılmış, “beynəlxalq axtarış” elan edilmişdi. İdmançı həmin ilin fevralında Moskvadan Bakıya qayıdarkən saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. Həmin vaxt onun İrəvana təhvil veriləcəyi barədə məlumat yayılmışdı.
Aradan tam bir ötəndən sonra Ermənistan Baş Prokurorluğu tərəfindən elan edilmiş axtarışın dayandırılması barədə məlumat yayıldı. Amma qərar ermənilər arasında etirazlara səbəb oldu.
Adalet.az xəbər verir ki, Vaşinqtonda yerləşən "Hay Dat" (“Erməni davası”) təşkilatı Erməni Hüquq Mərkəzi Ermənistan hökumətinin Kamil Zeynallının beynəlxalq axtarışını dayandırmaq qərarını kəskin şəkildə pisləyib.
Erməni Hüquq Mərkəzinin bəyanatında deyilir: “Erməni Hüquq Mərkəzi Ermənistan hakimiyyətinin Azərbaycan vətəndaşı Kamil Zeynallı barəsində beynəlxalq axtarış elan edilməsi barədə son dəhşətli qərarından dərin məyusluq və narahatlıq ifadə edir. O, 2020-ci ildə Qarabağ müharibəsi zamanı amansız hərbi cinayətlər törətməkdə ittiham olunur. Zeynallının Hadrut bölgəsində yaşlı vətəndaşın başını kəsərək beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğu bildirilir.
Bu qərarın Ermənistan və Azərbaycan arasında 2007-ci ildə imzalanmış bir-birinin vətəndaşlarına qarşı beynəlxalq axtarışların aparılmamasına dair razılaşması ilə bağlı olduğu bildirilir. Bununla belə, o, ədalət və hesabatlılığın əsas prinsiplərini sarsıdır. Erməni Hüquq Mərkəzi əmindir ki, bu cür razılaşmalar hamılıqla bəşəriyyətə qarşı cinayət kimi tanınan hərbi cinayətlər üzrə yaradılmış beynəlxalq araşdırmaları ləğv edə bilməz.
Axtarışın ləğvi Ermənistan hökumətinin Azərbaycana etdiyi digər güzəştlər, o cümlədən beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırılan iddialardan imtina etmək istəyi ilə üst-üstə düşür. Bu hərəkətlər müharibə qurbanlarının xatirəsinə xəyanət, habelə cəzasızlığın təhlükəli presedenti kimi qiymətləndirən hüquq müdafiəçiləri və müxalifət nümayəndələri arasında hiddət doğurub. Beynəlxalq hüququn və onun müəyyən etdiyi münasibətlərin və düzəliş imkanlarının rədd edilməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qanunun aliliyinin əsaslarını sarsıdır.
Erməni Hüquq Mərkəzi Ermənistan hökumətini öz qərarına yenidən baxmağa və Qarabağ münaqişəsi qurbanları üçün ədalətin təmin olunmasına sadiq qalmağa çağırır. Bundan əlavə, Erməni Hüquq Mərkəzi beynəlxalq təşkilatları və insan haqları qurumlarını hərbi cinayətlərdə ittiham olunanların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün müdaxilə etməyə çağırır”.
P.S. Kamil Zeynallını o vaxt Ermənistana vermək mümkündür ki, bunun əvəzində Xocalıda 613 nəfəri Başlıbeldə, Ağdabanda, Qaradağlıda, Kərkicahanda, Malıbəylidə, Quşçularda yüzlərlə dinc sakini qətl edənSerj Sarkisyan, Robert Koçariyan, Seyran Ohonyan, Zori Balayan, Samvel Karapetyan , Kamo Ağacanyan, Samvel Babayan, Sason Saroyan, Aram Torqomyan, Yuri Xaçaturyan, Movses Akopyan və digərləri mütləq Azərbaycana təhvil verilsin...
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

