adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2022 13:11
1986
MÜSAHİBƏ

"Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir..." - MÜSAHİBƏ

Bu gün mövzumuz yenə də tibb barədir. Bu dəfə gələcəyimiz hesab etdiyimiz uşaqların sağlamlığı haqqında danışmağı qərara aldıq. Uşaqların sağlığı gələcəyimizin zəmanəti olduğu üçün mütləq şəkildə uşaqlarımızın sağlamlığını daim diqqətdə saxlamalıyıq. Mövzu ilə bağlı Adalat.az saytının müsahibi həkim –pediatr Gülnar Qasımovadır.

Pediatr əlləri bəzən sərt görünə bilər. Lakin onlarda elə bir daxili incəlik var ki, uşaqlara əzab verəcək hər bir şeyin qabağını almağa qadirdir...

- Özünü və fəaliyyətiniz barədə bir az məlumat verməyinizi istərdik.

- Özüm haqda onu deyə bilərəm ki, mən – Gülnar Qasımova həkim – pediatram. Azərbaycan Tibb Universitetində təhsil almışam. Təhsilimi başa vurduqdan sonra Ağdam şəhər xəstəxanasında işləmişəm.Sonra 2007 – ci ildən Bakıda özəl tibb müəssisələrində fəaliyyət göstərmişəm. Əslində əsas istisasım həkim – infeksionistdi. Hazırda mən Turan klinikasında pediatr – infeksionist olaraq fəaliyyətdəyəm.

- Məlum olduğu kimi yaz fəsli insan orqanizmi daha da həssas olur. Xüsusən də uşaqların sağlığı ilə bağlı narahatlıqlar ola bilir. Bir pediatr olaraq sizcə uşaqların sağlığının qorunması üçün yaz mövsümündə hansı qabaqlayıcı tədbirləri görmək lazımdır?

- Bəli mövsüm dəyişiklikləri ilə əlaqədar olaraq uşaqlarda daha tez-tez möhvümi xəstəliklərlə rastlaşırıq. Bunun üçün valideynlər çalışmalıdırlar ki, uşarlaq təmiz havada çox olsunlar. Sağlam qidalara üstünlük verməlidirlər. Vitamin tərkibli meyvə - tərəvəzlərə daha çox üstünlük verilməlidir. Uşaqların geyimləri mütləq fəsilə uyğun seçilməlidir. Qabaqalayıcı tədbirlər yalnız hər hansısa dərman preparatı haqqında olmamalıdır. Yəni protokol olaraq öncədən qabaqlayıcı məqsədlər üçün dərmanlardan istifadə düzgün deyil. Amma bir daha qeyd edirəm ki, sağlıqlı qida və vaxtaşırı təmiz hava çox önəmlidir.

- Ümumiyyətlə uşaqlarda görülən mövsümü xəstəliklər hansılardır ?

- Məsələn yaz fəsli ilə əlaqədar olaraq mövsümi xəstəliklərdən ən çox yayılan allergiyalardır. Bildiyimiz kimi yaz və payız aylarında allergik xəstəliklər daha da aktivləşir. Bizim ən çox rast gəldiyimiz təbii ki, allergik xəstəliklərdir. Son zamanlarda məlumdur ki,infeksiyalar çoxalıb. Müxtəlif virus növləri hazırda yayılmaqdadır. Misal üçün – Rotoviruslar, kataral irinli anginalar, entereviruslar və digərlərini misal çəkə bilərik. ( Rotovirus – bağırsaq virusu olaraq bilinir ). Hal – hazırda biz bu tip xəstəlikləri daha çox müşahidə edirik.

- Sizin fikrinizcə yeni doğulmuş körpələri qalın paltar geyindirmək nə dərəcədə doğrudur?

- Hər bir yeni doğulan uşaqda bədən tempraturu 23 – 25 dərəcə olur. Geyim isə bayırdakı havadan asılı olaraq seçilməlidir. Uşağın qalın geyindilməsi heç də düzgün deyil. Mövsümə uyğun olaraq təbii tərkibli pambıq parçalardan ibarət geyimlərdən istifadə olunması şərtdir. Bir daha qeyd etmək istərdim ki, uşağın geyimi hava şəraitinə görə seçilməlidir.

- Bəzən ana südü yetərincə olmaya bilir. Ana südü kifayət etmədikdə körpəyə əlavə qida verilə bilərmi?

- Bəli ana südü yetərincə olmaya bilər. Biz ilkin olaraq ana südünün artırılması üçün müdaxilə edirik. Həqiqətən də ana südü çatışmazlığı olarsa o zaman əlavə qidalara ehtiyac duyuruq. Amma yeni doğulmuş körpənin ilk 6 ayına qədər əlavə qidanın verilməsi məsləhət görülmür. Məsləhətdir ki, 6 ayına qədər körpələr ana südü ilə qidalansınlar. Əgər ana südü qıtlığı varsa məcburiyyət qarşısında süni qida qarışıqlarından istifadə oluna bilər.

- Yetkin insanlarla uşaqlarda virusun gedişatı zamanı hansı oxşarlıq və fərqlər müşahidə olunur?

- Bəzi viruslarda eynilikləri müşahidə edirik. Daha sonra qarşılaşdığımız situasiyalardan biri də Su çiçəyi xəstəliyidir. Biz bu xəstəliyə körpələrdə daha çox rast gəlirik. Lakin peyvənd alan uşaqlarda infeksion, yoluxucu xəstəliklər və virus infeksiyalarının daha yüngül gedişatını izləyirik. Peyvənd olunmayan uşaqlarda isə adətən Qızılca və Su çiçəyi kimi xəstəliklərə yoluxmalar daha tez baş verir və xəstəliklərin gedişatı isə ağır formada olur. Yetkin insanlarla uşaqların virusa yoluxmasında oxşar və fərqlilik barədə qeyd edim ki, bu ilk olaraq orqanizmin reaksiyasından asılıdır. Yəni elə körpə orqanizmlər var ki, hətta eyni evdə yaşamaqlarına baxmayaraq uşaqlardan biri digərinə nisbətən orqanizminə görə tamamilə fərqlənir. Məsələn biri virusa yoluxarkən virusu ağır şəkildə keçirir digəri isə əksinə. Ona görə də bu məsələ hər şeydən əvvəl bədənin immun sisteminə bağlıdır.

- Azyaşlıları virusdan necə qorumaq lazımdır? Yerigəlmişkən uşaqlara maska məcburi sayılmır. Maska taxmaq uşaqlar üçün zərərli ola bilərmi?

- Maska mövzusu artıq bağlanmış mözvu hesab edilir. Mən həmişə qeyd etmişəm ki, maskanın taxılmasının qaydaları şərtdir. Bəzən maskadan düzgün istifadə edilməməsi uşaqlarda yoluxucu xəstəliklərə yoluxmada daha çox risk yaradır. İnfeksiyalardan qorunmaq üçün hər hansısa dərmanlardan istifadə deyil, əsas təmiz hava, düzgün qidalanma və gigiyenik qaydalara lazımı səviyyədə əməl etmək vacibdir. Bir sözlə bədənin sağlamlığı virus infeksiyalarından qorunmaq üçün əsas göstəricilərdəndir.

- Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Bu şərəfli işinizdə sizə uğurlar arzu edirəm.

- Mən də sizə və saytınızın kollektivinə təşəkkürümü bildirirəm. Sizə də uğurlar olsun.

 

Söhbətləşdi: Bünyamin Bünyadzadə