Həqiqi hərbi xidmətə və mülki işə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi martın 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı müsabiqənin test imtahanını keçirəcək.
Mərkəzdən Adalet.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahana 100 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 3 saatdır.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın yeri, vaxtı və digər zəruri məlumatlar göstərilib.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsiini gətirməlidirlər.
İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən az 60, mülki işə qəbul olmaq istəyənlər isə ən az 50 bal toplamalıdırlar.
Digər Xəbərlər
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24
Azərbaycan əhalisinin sayı açıqlandı
12 Dekabr 2025 14:13
DTX rəisi Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO
12 Dekabr 2025 13:30
Mehriban Əliyeva Heydər Əliyevin məzarının ziyarəti ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:45


Bakı -°C

