"Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa hərbi xidmətə göndərilirdi" - Mnatsakanyan

Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
Adalet.az xəbər verir ki, o, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra deyib: “Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Azərbaycan şəhərlərinin raketlə vurulmasına Paşinyan razılıq verib

"Binokllar və digər ləvazimatları Amerikadan gətirmişdilər" - Mnatsakanyan

Ramazanın 18-ci günü: Dua, imsak və iftar vaxtı...

Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilə bilər? - AÇIQLAMA

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqləndi

DİN əməkdaşlarının maaşları ilə bağlı YENİ QƏRAR

Bakı-Tbilisi-Bakı qatarının fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
