Hərbçidən pul tələb edən sayt rəhbəri həbs edildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı “YouTube” kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə Dövlət Təhlükəsizli Xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizlik xidməti birgə məlumat yayıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ Müharibəsi iştirakçısı olmuş hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05


Bakı -°C

