FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Adalet.az xəbər verir ki, növbəti belə tədbir Nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin regional səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlığın və qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Agentliyin rəis müavini Əkbər Quliyev Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər və regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə nüvə və radioloji fəaliyyət, nəzarət mexanizmləri, sahibsiz radioaktiv mənbələr, onların aşkar edilməsi zamanı qurumların fəaliyyətinin əlaqələndirilməsi, nüvə və radioloji qəza halları, eləcə də belə hallarda idarəetmə mexanizmləri müzakirə olunub.
Tədbir zamanı Agentliyin əməkdaşları tərəfindən müvafiq mövzularda təqdimatlar edilib, videoçarxlar nümayiş olunub və iştirakçıların sualları ətraflı cavablandırılıb.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21


Bakı -°C

