adalet.az header logo
  • Bakı -°C
12 May 2026 15:18
111
GÜNDƏM
A- A+

Hərbçilərimiz paraşüt təlimində - VİDEO

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.