Hərbçilərimiz "SAT-SAS-2024" təlimində tapşırıqları icra ediblər - FOTOLAR
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimində növbəti tapşırıqlar icra olunub.
Adalet.az xəbər verir ki, təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.
Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Digər Xəbərlər
03 Noyabr 2026 20:34
Türkiyə PA Şişlidə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib edib
03 Noyabr 2026 19:56
Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
03 Noyabr 2026 18:31
"Nəsiminin heç kimi öldürmək niyyəti olmayıb" - Ermənistan İK sədri
03 Noyabr 2026 17:40
Azərbaycanda bu körpü tam bağlanır
03 Noyabr 2026 16:39
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
03 Noyabr 2026 16:37
Onların mükafatlandırılması qaydası dəyişdi - Baş nazirdən qərar
03 Noyabr 2026 16:22
Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edildi
03 Noyabr 2026 16:11


Bakı -°C

