Hərbi hissələrdə, təcridxanalarda və cəzaçəkmə müəssisələrində seçki məntəqələri yaradılır
Gələn həftə Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılması başa çatdırılacaq.
Adalet.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Qeyd edilib ki, seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl ümumi qaydada yaradılması dairə seçki komissiyaları (seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi) və bələdiyyə qurumlarının başçıları ilə birlikdə) tərəfindən həyata keçirilir.
Seçki Məcəlləsinə əsasən, bu, səsvermə gününə azı 50 gün qalanadək başa çatdırılmalıdır.
Təqvim planında bu müddət 2024-cü il dekabrın 10-dək nəzərdə tutulub.
Digər Xəbərlər
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi
15 Dekabr 2025 15:34
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
15 Dekabr 2025 15:31
Prezidentin general-leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?
15 Dekabr 2025 14:17
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
15 Dekabr 2025 11:49


Bakı -°C

