adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2022 18:00
413
GÜNDƏM

Hərbi qulluqçularımız “Anatolian Phoenix-2022” beynəlxalq təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, mayın 16-dan 27-dək davam edəcək təlimə Azərbaycan HHQ-nin aviasiya vasitələri də cəlb olunub.