Hərbi təyyarələrimiz havaya qaldırıldı - VİDEO
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
MN-dən Adalet.az-a verilən məlumata görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Digər Xəbərlər
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29


Bakı -°C

