Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
Hərbi xidmətə çağırılan bəzi vətəndaşlar yekun tibbi müayinədən keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, tibbi şəhadətləndirmə zamanı "B", "Ç", "C" və "D" kateqoriyaları üzrə rəy verilən çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.
Yekun müayinə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Müayinələr Mərkəzi Hərbi-Həkim Komissiyasının "Tibbi şəhadətləndirmə" altsisteminə daxil etdiyi göndəriş əsasında elektron növbəlilik qaydasında həyata keçirilir.
Çağırışçıların sağlamlıq vəziyyəti Mərkəzdə müxtəlif istiqamətlər üzrə ətraflı yoxlanılır. Burada qan analizi, göz və qulaq müayinələri, BERA testi, spirometriya, ultrasəs, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya və stomatoloji müayinələr aparılır.
Qeyd edək ki, "B" kateqoriyası sıradankənar həqiqi hərbi xidmətə yararlılığı, "Ç" sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsızlığı, "C" dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlılığı, "D" isə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızlığı ifadə edir.
Digər Xəbərlər
20 Sentyabr 2026 18:05
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
20 Sentyabr 2026 15:15
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
20 Sentyabr 2026 13:59
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
20 Sentyabr 2026 12:57
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
20 Sentyabr 2026 10:02
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 Sentyabr 2026 10:01
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşıldı
20 Sentyabr 2026 09:15
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
20 Sentyabr 2026 09:12


Bakı -°C

