Hesablama Palatası: Peyvəndlənmiş heyvanların sayı artıq göstərilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi peyvəndlənmiş heyvanların sayını artıq göstərib.
Adalet.az xəbər verir ki, bu qənaətə Hesablama Palatası Agentlikdə apardığı auditdən sonra gəlib.
Məlumata görə, heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat vəsaitin xərclənməsi müqabilində sənədləşmədə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin bağladığı müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17 milyon 768,8 min manatlıq, 2024-cü il üzrə 10 milyon 872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməyib, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmayıb.
Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən ümumilikdə ödənilmiş dəyəri 3 milyon 302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıra qədər dövlət qeydiyyatına alınması təmin edilməyib.
Digər Xəbərlər

DİN-in şəxsi heyəti Anım günü ilə bağlı Zəfər parkını ziyarət etdi - FOTO+VİDEO

Şənbə günü yağış yağacaq, külək əsəcək - PROQNOZ

Bu ilin yay ayında 100-ə yaxın insanı gün vurub

Mingəçevir su anbarında qanunsuz balıq ovu aşkarlanıb - FOTOLAR

"AzerGold" QSC Quşçu kəndində infrastrukturun bərpasına dəstək göstərib - FOTO

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Müraciətlərin qəbuluna başlanılır - Zabux sakinlərinin nəzərinə!
