“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.
Adalet.az xəbər verir ki, “APA TV”yə danışan sənətkarın sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi ona söz veriləcəyini ümid edib, lakin bu belə olmayıb.
“Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, - Xalq artisti deyib.
Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub.
Daha ətraflı videoda:
Digər Xəbərlər
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20
Güllü Muradovaya vəzifə verildi
27 Sentyabr 2026 17:26
"44" bədii filminin növbəti tizeri yayımlanıb
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15


Bakı -°C

