Hicran Hüseynova seçicilərlə növbəti görüş keçirdi - FOTOLAR
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova 04 iyul 2022-ci tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.
İlk olaraq Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı arasında memorandum imzalandı. Görüşdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinin üzvü Şahmar Məmmədov da iştirak edib.
Memorandumda 41 saylı Sumqayıt birinci seçki dairəsinin ərazisində yaşayan aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Sonra Klassik ədəbi irsin keşiyində duran, müasir ədəbiyyatımızın istedadlı gənc nümayəndəsi, Sumqayıt şəhərinin ədəbi mühitində özünəməxsus yeri olan şair Elvin Əlizadə ilə görüşdük. Bu yaxınlarda nəşr olunmuş "-29" şeirlər kitabı münasibətilə gənc şairi təbrik edib, ədəbiyyatda gələcək nəsillərə ədəbi-bədii, dünyagörüşünün formalaşmasında misilsiz rolu olmasını arzu etdim. O da öz növbəsində dəyərli kitabını bizə hədiyyə etdi. Elvin Əlizadəni bir daha təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.
Daha sonra deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti yerindəcə öz həllini tapıb. Qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər. Vətəndaşlar əsasən işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.
Digər Xəbərlər
12 May 2026 20:28
Prezident WUF13 ilə bağlı videoçarx PAYLAŞDI
12 May 2026 19:03
İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı apardı
12 May 2026 18:33
Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
12 May 2026 17:47
Rossbax İlham Əliyevə minnətdarlığını bildirib
12 May 2026 15:43
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
12 May 2026 12:57
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib - YENİLƏNİB
12 May 2026 12:08
Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
12 May 2026 11:57


Bakı -°C

