Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının (aşağı palata) Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə zərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib.
Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ lideri Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-ABŞ münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb.
Azərbaycan Prezidentinin köməkçisi 907-ci maddənin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evin rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.
Digər Xəbərlər

Nazir Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndə heyəti ilə görüşdü

Ceyhun Bayramov Misirin yeni səfirinin etimadnaməsini qəbul edib

Səfir: Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasını gözləyir

Milli Məclisin xüsusi iclas keçirildi - YENİLƏNİB

Deputat: Ağ evdə paraflanmış sülh müqaviləsi bölgəyə artıq sülh gətirib

Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib

Bu, Azərbaycanın diplomatik və strateji uğurudur - Elman Nəsirov
