Ağdamda 16 yaşlı qıza təcavüz edildi - 4 nəfər saxlanıldı

Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorakılğa məruz qaldığı iddia olunur.
Adalet.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində qeydə alınıb. Sözügedən faktla bağlı zərərçəkən yeniyetmə ailəsinə məlumat verib. Ailəsi isə yerli hüquq-mühafizə orqanlarına məlumat verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Torpaq sürüşməsi Lahıc yolunu yararsız hala saldı

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı - VİDEO

Laçında traktor dərəyə aşıb - bir nəfər ölüb

Goranboyda TIR-ın törətdiyi ağır qəzanın VİDEOSU

Binəqədidə 3 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb

Balakəndə elektrik enerjisinin verilişində fasilə yaranacaq
