Rəşad Məcid: “Kimsə insanlar arasında bölücülük, nifaq yaradırsa…”

"Son günlər sosial şəbəkələrdə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı aparılan müzakirələr hiddət və qəzəb dalğasına çevrilib".
Bu sözləri Adalet.az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O, Mətbuat Şurasının məsələni diqqətdə saxladığını və bununla bağlı profilaktik söhbətlər apardığını açıqlayıb.
""Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsasən, insanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir. Media nümayəndələri təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülüyə yol aça biləcək ifadələrdən çəkinməlidirlər.
MŞ sədri həmçinin qeyd edib ki, bəzi sosial şəbəkələrdə, xüsusilə "TikTok” platformasında məqsədli şəkildə təxribat xarakterli paylaşımlar edilir:
"Belə qüvvələr fürsət düşən kimi 44 günlük müharibədəki Zəfərimizi kiçiltməyə, xalqımızı ‘xırda toplum’ kimi təqdim etməyə çalışırlar”.
Qurum media təmsilçilərinə və informasiya yayıcılarına çağırış edərək, ictimaiyyətə ünvanladıqları hər sözə məsuliyyətlə yanaşmalarını xatırladıb. MŞ-nin mövqeyinə görə, bu məsuliyyət ölkənin firavanlığı, dinc birgə yaşam qaydalarının qorunması və Vətənin inkişafı baxımından son dərəcə vacibdir.
Eyni zamanda Rəşad Məcid diqqətə çatdırıb ki, insanlarımız arasında nifaq və bölücülük yaradan çıxışlar yalnız ictimai yox, hüquqi müstəvidə də qiymətləndirilə bilər:
"Onlar unutmamalıdırlar ki, daşıdıqları və dərk etməli olduqları məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc və birgə yaşam qaydalarının toxunulmazlığı, ictimai və sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin inkişafı baxımından son dərəcə vacibdir. Bir məqamı da qeyd edim ki, ümumən informasiya mühitimizdə son günlər müşahidə olunan və haqqında söz açdığımız xoşagəlməz halların ictimai müstəvidən kənar dəyərləndirilməli tərəfləri də var. Yəni, kimsə özünün kütləyə ünvanlanmış çıxışında, yaxud geniş ictimaiyyətə xitab mahiyyəti daşıyan açıqlamasında insanlarımız arasında bölücülük, nifaq yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən qiymətləndirilmək üçün də açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə nəzərə alınsın".
Digər Xəbərlər

Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi

Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulub

Media subyektləri bu halda Reyestrdən çıxarılacaq

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər müəyyənləşdi

Bu qəzetlər 5 min manat cərimə olunacaq - TƏSDİQLƏNDİ
