KİV: "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazırdır

Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında saxlanılan bütün yaşayan İsrailli girovları bir gün ərzində azad edə biləcək.
Adalet.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bununla belə, onun hərəkatdakı mənbəsi bildirib ki, ölən əsirlərin qalıqlarını İsrail tərəfinə təhvil vermək üçün radikallara əlavə vaxt lazımdır.
Kanalın mənbəsi, ABŞ-nin bu mövzuda çeviklik göstərməyə hazır olduğunu iddia edib.
Nəşr əlavə edib ki, hazırda Qəzzada olan "HƏMAS" rəhbərliyinin üzvləri istəsələr, oranı tərk edə və Vaşinqtondan növbəti sui-qəsd cəhdlərinə məruz qalmayacaqlarına dair zəmanət ala biləcəklər. Bundan əlavə, hərəkat BMT-nin himayəsi altında Misir və Fələstin təhlükəsizlik güclərindən formalaşacaq xüsusi quruma silah təhvil verməyə hazırdır.
Digər Xəbərlər

Ukrayna Rusiyaya qarşı "Flaminqo"lardan istifadə edir

Tarixi danışıqlar Misirdə BAŞ TUTACAQ

Tramp "HƏMAS"la danışıqların çox uğurla davam etdiyini bildirib

Trampdan "HƏMAS"a xəbərdarlıq: "Hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv olunacaq"

İsrailin müdafiə naziri: HƏMAS girovları buraxmasa, onu məhv edəcəyik

İranda TARİXİ QƏRAR - Hicab qanunu ləğv edildi

İnterpol xətti ilə axtarışda olan şəxslər Türkiyəyə ekstradisiya edildi
