05 Oktyabr 2025 22:13
217
DÜNYA

Tramp "HƏMAS"la danışıqların çox uğurla davam etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların çox uğurla davam etdiyini deyib.

Adalet.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərlə danışarkən bildirib.

"Son bir neçə gündə başlayan danışıqlar hazırda davam edir. Müzakirələrin necə bitəcəyini gözləmək lazımdır, amma çox yaxşı getdiyini eşidirəm", - Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl "HƏMAS" İsrailli girovları azad etməyə və silahları təhvil verməyə hazır olduğunu bəyan edib.