Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan Milli Mətbuatının 150 illik yubiliyeyi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, Türkiyə Səfirliyinin mətbaut müşaviri Dr. Alptekin Cihangir İşbilir Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer almasının əhəmiyyətinə diqqət çəkib.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Fondun yaranma tarixi, həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında çıxış edib. Ahmet Tecim bildirib ki, milli mətbuatımızın tarixində xeyriyyəçilik ənənəsini Anadoludakı Qurtuluş Mübarizəsinə dəstək məqsədilə 1917-ci ildə Bakıda nəşr edilən “Qardaş Köməyi” dərgisinin timsalında görmək mümkündür.
Daha sonra media nümayəndələri ilə müzakirələr aparılıb.
Qeyd edək ki, sonda media nümayəndələrinə Azərbaycan-Türkiyə mətbaut tarixində vacib yer tutan “Qardaş Köməyi” dərgisi təqdim edilib.
Digər Xəbərlər
07 Oktyabr 2026 10:30
"August Hanninglə bağlı Azərbaycanın adının hallandırılması dezinformasiyadır"
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03


Bakı -°C

