"Bu forum xalqlarımız arasında qardaşlığın bariz nümunəsidir" - İsmət Səttarov
Azərbaycan və Özbəkistan xalqlarını, sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir. Bu gün Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu da məhz həmin qardaşlığın bariz nümunəsidir.
Adalet.az xəbər verir ki, bunu II Azərbaycan-Özbəkistan Media Forumumun açılış mərasimində Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov deyib.
İ.Səttarov bu münasibətlərin dövlət başçılarının şəxsi dostluğu və qardaşlığı sayəsində daha da gücləndiyinə diqqət çəkib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib. Media sahəsində əməkdaşlığımız bu güclü əlaqələrin vacib hissəsidir. Çünki informasiya yalnız xəbər ötürmək deyil, həm də xalqlarımızı daha sıx bağlayan körpüdür. Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media subyektləri arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək”, - deyə Audiovizual Şurasının sədri vurğulayıb.
O sonda əlavə edib ki, xüsusilə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir. Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək.
Digər Xəbərlər
18 Noyabr 2025 11:45
HAMIMIZIN QƏZETİ - Rafael Hüseyn yazır
17 Noyabr 2025 17:43
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb - FOTOLAR
14 Noyabr 2025 12:55
“Səs” qəzeti bağlanır
13 Noyabr 2025 14:38
MEDİA Türkiyədə həlak olan jurnalistlə bağlı paylaşım edib
13 Noyabr 2025 12:23
MEDİA rəsmisi Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydalarını şərh edib
13 Noyabr 2025 12:07
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
11 Noyabr 2025 09:53
"Biz Azərbaycanda həm də medianın inkişafını dəstəkləyirik" - "Euronews"un direktoru
07 Noyabr 2025 16:06


Bakı -°C

