Hikmət Hacıyev: "Politico" dezinformasiya yaymaqda davam edir
Təəssüf edirəm ki, “POLITICO Europe” Azərbaycandan üzr istəmək və saxta xəbər məqaləsini geri götürmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında “Politico”da dərc edilmiş məqaləyə münasibət bildirərkən qeyd edib.
O, Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, məqalədə qeyd edilən faktın isə svop əməliyyatı olduğunu vurğulayıb.
““Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən “Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal etdiyini” göstərən rəsmi məlumatlara yer verilib. Qeyd etdiyiniz fakt idxal deyil, svop əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - Hikmət Hacıyev qeyd edib.
Digər Xəbərlər
08 Noyabr 2026 21:13
Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
08 Noyabr 2026 20:55
Ərdoğanın səfəri başa çatdı - FOTOLAR
08 Noyabr 2026 20:42
İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verildi
08 Noyabr 2026 19:50
İlham Əliyevin Ərdoğanla Şuşadakı görüşündən - Görüntülər
08 Noyabr 2026 19:46
Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq
08 Noyabr 2026 19:23
Ermənistanla sülh sazişinin imzalanmasına hələ də maneələr var - Prezident
08 Noyabr 2026 18:51
Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
08 Noyabr 2026 17:48


Bakı -°C

