Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
Hindistanın şimalındakı Uttarakhand ştatında yerləşən Himalay dağlarında dırmanışa çıxan 8 nəfərlik qrupdan altı gündən çoxdur ki, xəbər almaq mümkün olmur.
Adalet.az xəbər verir ki, “Press Trust of India” (PTI) agentliyinin məlumatına görə, yeddi alpinist və bir bələdçidən ibarət heyət oktyabrın 27-də Kedartal bölgəsində üçgünlük yürüşə başlayıb.
Oktyabrın 29-da bölgədə başlayan kəskin hava şəraiti və güclü qar yağışı nəticəsində uçqun baş verib və heyətlə əlaqə tamamilə kəsilib. İtkin düşənlərin tapılması üçün əraziyə 10 nəfərlik xüsusi axtarış-xilasetmə qrupu cəlb olunub.
Axtarışlar zamanı Uttarkaşi rayonunun Kedartal ərazisi yaxınlığında qar altında qalmış çadır, geyim, ayaqqabı və qida ləvazimatları aşkarlansa da, 2-3 kilometrlik radiusda itkin düşənlərin izinə rast gəlinməyib.
Yerli səlahiyyətlilər bildiriblər ki, qrupu müşayiət edən üç yükdaşıyan və bir aşpaz üç gün əvvəl xilas edilərək təhlükəsiz zonaya təxliyə olunub. Hazırda şiddətli qar, zəif görünüş məsafəsi və yeni uçqun riskləri axtarış-xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir. Hava şəraitinin pisləşməsi səbəbindən 4000 metrdən yüksəklikdə yerləşən bütün yürüş marşrutları müvəqqəti olaraq bağlanıb.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:38
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
04 Noyabr 2026 07:37


Bakı -°C

