Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub
Hindistanın şimalında yerləşən Uttarakhand ştatında üç gündür ki, davam edən güclü leysan yağışları torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.
Adalet.az-ın "Business Standard" qəzetinə istinadən verdiyi məlumata görə, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 42 nəfər həlak olub, onlarla insan itkin düşmüş sayılır.
Bildirilir ki, ştatın hakimiyyəti xilasetmə əməliyyatlarında iştirak etmələri üçün ölkənin Silahlı Qüvvələrinə müraciət edib.
Qeyd edilir ki, musson yağışları ölkənin cənubunda da davam edir. "Deccan Herald" qəzetinin ötən gün verdiyi məlumata əsasən, cənub-qərbdə yerləşən Kerala ştatında 38 nəfər həlak olub.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29