Hövsan və Türkan sahillərində balıqlar bu səbəbdən tələf olub
Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır.
Adalet.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, Xidmətin və Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
“Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib”.
Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək, 2.2-2.5 mq/litrədək (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.
Qeyd edək ki, sosial şəbəkələrdə Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü ilə bağlı görüntülər yayılmışdı.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

