İÇİNDƏ TELEVİZOR VAR?
Rövnəq Abdullayevin oğlu Rəşadın oğurlanmış 1,3 milyon dollarlıq saatı altı ildən sonra yenə gündəmə gəlib. İndi də vəkil deyir ki, saat onun deyilmiş, dostunun imiş, fors eləmək üçün alıb taxıbmış.
Saatın qiyməti 1,3 milyon dollar. Məni saatın kimin olması və oğurlanması o qədər də maraqlandırmır. Yadıma bir Hollivud filmindəki epizod düşdü.
Polis bir şübhəlini qoruyur. Şübhəli əzilmiş şalvarını polisə göstərib deyir:
- Bunu altı yüz dollara almışam.
Polis təəccüblə soruşur:
- İçində televizor var?
İndi 1,3 milyon dollarlıq saatın içində televizor var? Yəni doğrudanmı bu qiymətə saat var?
Yeri gəlmişkən, saatın qiyməti saat taxılan biləkdədir. Görən, o biləyin qiyməti neçəyədir?
Digər Xəbərlər
03 Iyul 2026 17:43
Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
03 Iyul 2026 16:58
Azərbaycan ilə Şimali Kipr arasında səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
03 Iyul 2026 16:37
Baş prokuror Xətaidə vətəndaşları qəbul etdi
03 Iyul 2026 14:00


Bakı -°C

