Abşeron İcra Hakimiyyətində ƏMƏLİYYAT: Baş məsləhətçi həbs edildi - YENİLƏNİB
Abşeron Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin qanunsuz əməllləri barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan Adalet.az-a bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Mirqasım Mirişlinin Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılmasına razılıq verilməsi və ümumi himayədarlıq göstərilməsi üçün ona müraciət etmiş vətəndaşdan tələb etdiyi 30 min manat pul vəsaitinin 25 min manat hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxs qeyd edilən rüşvət məbləğini vətəndaşdan alarkən cinayət başında yaxalanıb, onun xidməti otağı və avtomobilində aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.
Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
11:11
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
Adalet.az-ın xəbərinə görə, İcra Hakimiyyətinin binasında əməliyyat ötən gün olub.
Saxlanılanlar var.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25
Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı
15 Sentyabr 2026 11:05


Bakı -°C

