II qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur
2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə tutulur.
Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Digər Xəbərlər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48
Azərbaycan Universitetində orqan donorluğu mövzusunda maarifləndirici tədbir keçirilib
07 Dekabr 2025 20:13
BDU-nun dosenti vəfat etdi
07 Dekabr 2025 18:25
Emin Əmrullayevə Gürcüstanda "Fəxri doktor" adı verildi - FOTOLAR
05 Dekabr 2025 11:42
"Onlar universitetə yüksək balla girməyib..."
05 Dekabr 2025 10:45
Azərbaycan Universiteti və Qazaxıstanın Şimkent Universiteti əməkdaşlığa başlayırlar
04 Dekabr 2025 12:00


Bakı -°C

