İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
Adalet.az xəbər verir ki, qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarından dadıblar.
Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.
Forum iyulun 22-dək davam edəcək.
Digər Xəbərlər

"Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır" - DTX rəisi

Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq

"Təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır" - Əli Nağıyev

III Bakı Təhlükəsizlik Forumu keçirildi - VİDEO + FOTOLAR

Baş Prokurorluğun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - FOTOLAR + YENİLƏNİB

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov
