İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"
Digər Xəbərlər
05 Yanvar 2026 22:56
Azərbaycan Qəzza zolağında mümkün beynəlxalq missiyalarda iştirak etməyəcək
05 Yanvar 2026 22:54
"BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, ona görə də güclü olmalıyıq"
05 Yanvar 2026 22:51
Dövlət başçısı: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
05 Yanvar 2026 22:50
İlham Əliyev: Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb
05 Yanvar 2026 22:50
Prezident: Bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb
05 Yanvar 2026 22:39
Prezident: Ermənistan Naxçıvan vasitəsilə İranın, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək
05 Yanvar 2026 22:37
İlham Əliyev: Şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq
05 Yanvar 2026 22:30


Bakı -°C

