İlham Əliyev Bəhreynin Kralını təbrik etdi
Prezident İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə məktub ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.
İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
16 Dekabr 2025 14:57
Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü
16 Dekabr 2025 13:26
“Lavrovun mesajı bu dövlətləri qorxutmaq mesajı daşıyır...”
16 Dekabr 2025 13:14
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
16 Dekabr 2025 12:18
Ruanda ilə yeni saziş ratifikasiya edildi
16 Dekabr 2025 12:07
Pakistanla müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanması təklif olunur
16 Dekabr 2025 11:46
Azərbaycan və Türkiyə bu halda bir-birinə qarşılıqlı hərbi yardım göstərəcək
16 Dekabr 2025 11:33
2026-cı il "Sülh ili" kimi tarixə düşə bilər - Deputat
16 Dekabr 2025 11:27


Bakı -°C

