"Daxili qoşunlar haqqında" qanun təsdiqləndi
Prezident İlham Əliyev "Daxili qoşunları haqqında" qanunu təsdiqləyib.
Adalet.az xəbər verir ki, qanun Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Yeni layihədə daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
Müzakirədə qeyd edilib ki, hazırda Azərbaycanın daxili qoşunlarının hüquqi statusu 1994-cü il 8 fevral tarixində qəbul edilmiş "Daxili qoşunların statusu haqqında" qanunu ilə tənzimlənir.
Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələblərinə əsasən, normayaratma texnikasına uyğun hazırlanıb.
Digər Xəbərlər
25 Dekabr 2025 18:52
Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb
25 Dekabr 2025 18:36
Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK
25 Dekabr 2025 18:12
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
25 Dekabr 2025 17:52
Prezident bu məhkəmələrə sədr və hakimlər təyin etdi - SİYAHI
25 Dekabr 2025 14:18
“ABŞ-Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib...”
25 Dekabr 2025 13:19
Milli birlik güclü liderlik üzərində qurulur
24 Dekabr 2025 17:55
Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir
24 Dekabr 2025 17:47


Bakı -°C

