adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Yanvar 2023 12:54
211
SİYASƏT

İlham Əliyev: Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir

 

Prezident İlham Əliyev bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktı ilə bağlı paylaşım edib. 

Dövlət başçısının “Twitter” hesabındakı paylaşımında deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. 

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”