İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib.
Adalet.az xəbər verir ki, dövlət başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb.
Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edilib.
Litvanın Baş naziri Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını deyən Litvanın Baş naziri keçmiş məcburi köçkünlərin geri qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı işlərin həyata keçirildiyini qeyd edib.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz ölkəmiz olduğunu vurğulayıb.
Dövlət başçısı bildirib ki, artıq 30 minə yaxın keçmiş məcburi köçkünün öz dədə-baba yurdlarına qaytarılması təmin olunub.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan tərəfindən şəhərlərin, kəndlərin salındığını, nəqliyyat və digər sosial infrastruktur layihələrinin icra olunduğunu deyib. Ancaq bununla belə dövlət başçısı qeyd edib ki, həmin ərazilərdə minalar problemi mövcuddur ki, bu da bərpa və quruculuq işlərinin aparılmasını ləngidir.
Prezident İlham Əliyev Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə indiyədək 400-dən çox insanın mina partlayışlarında həlak olduğunu və ya yaralandığını bildirib.
Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu xüsusda Litvanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına həmişə dəstək verdiyi vurğulanıb.
Söhbət zamanı regional məsələlərə də dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
20 Aprel 2026 20:00
Yuri Qusev Azərbaycana təşəkkür edib
20 Aprel 2026 19:33
Azərbaycan-Türkiyə hərbi təhsil sahəsində inkişaf perspektivləri müzakirə olunub
20 Aprel 2026 18:41
Milli Məclisdən Belçika və Niderlandın qərəzli qərarlarına ETİRAZ
20 Aprel 2026 18:00
Azərbaycan Belçika və Niderlanda NOTA VERDİ
20 Aprel 2026 17:30
Əli Əsədov yenidən məmurları topladı
20 Aprel 2026 17:18
Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNİB
20 Aprel 2026 17:01
“İlham Əliyev bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirən siyasi liderdir”
20 Aprel 2026 11:30


Bakı -°C

