İlham Əliyevlə Paşinyanın görüşü bitdi - VİDEO+FOTOLAR + YENİLƏNİB

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib.
Adalet.az xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.
***
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.
Adalet.az xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilmişdi.
Adalet.az xəbər verir ki, görüş fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
Adalet.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.
Adalet.az xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.
***
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər

Nazirlər məruzə etdi, Əli Əsədov tapşırıqlar verdi - FOTOLAR

XİN: BMMT-nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

"Geniş bir konfransın keçirilməsi çox yaxşı olardı"

Prezident 2024-cü il dövlət büdcəsinin icrası haqqında Qanunu təsdiqlədi

"Maraqlı və yaddaqalan səfər oldu"

İlham Əliyev bələdiyyələrlə bağlı bu qanunu təsdiqlədi

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib - FOTOLAR
