İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz dost və tərəfdaş olan Rumıniya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün xoş ənənələr və sağlam təməllər üzərində qurulan Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq gündəliyinin genişlənməsi, səmərəli birgə fəaliyyətimizin ticari-iqtisadi, energetika, xüsusilə yaşıl enerji, mədəni-humanitar və digər sahələrdə yeni məzmunla zənginləşməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur.
Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim firavanlıq və rifah diləyirəm".
Digər Xəbərlər
01 Dekabr 2025 12:03
ATƏT Minsk prosesi başa çatdı
01 Dekabr 2025 11:37
“Rusiya rəhbərliyi çalışır ki, Qərb koalisiyasını parçalayıb...” – Politoloq
01 Dekabr 2025 08:42
Prezidentdən Laçının azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM
30 Noyabr 2025 14:03
Türksoylu statusu yalnız başqa ölkələrdə yaşayan milli azlıqlara verilir - Səfir
30 Noyabr 2025 13:51
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
29 Noyabr 2025 12:06
“Bu mənada Türk dövlətləri birliyini tarixin ən böyük sınağı gözləyir...”
29 Noyabr 2025 11:03
Sahibə Qafarova Çin parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb
28 Noyabr 2025 18:44


Bakı -°C

