“Bu mənada Türk dövlətləri birliyini tarixin ən böyük sınağı gözləyir...”
“Putin Bişkekdə dedi ki, onun Ukraynada döyüşən ordularının Avropaya girmək niyyəti yoxdur və bu haqda o, yazılı zəmanət sənədi də ortaya qoya bilər. Putinin məqsədi, əlbəttə, Ukraynaya yardım edən Avropanı aldatmaqdır. Ona elə gəlir ki, Trampın simasında artıq ABŞ-ni aldadıb qurtarıb. Avropada yaxşı başa düşürlər ki, iştah diş altındadır. Ukraynanı işğal etsə, Rusiya ən azı keçmiş sovet məkanını, ən çoxu Avropanın da yarısını yenidən öz siyasi və iqtisadi orbitinə qaytarmağa ciddi cəhd edəcək. Açıq desək, işğal edəcək”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
Onun sözlərinə görə, Putinin göz dikdiyi əsas regionlar Cənubi Qafqaz və Türküstandır:
“Moldovanın, ya Estoniyanın nəyini işğal edəcək?! Xəbər agentlikləri guya Putinə cavab vermiş Ərdoğanın "ordu göndərə bilərik" sözlərini sitat gətirirlər. Ancaq başa düşmək olmur bunun necə, nə üçün deyildiyini. Deyilibsə, anlaşılmaz deyilib. Deyilməyibsə, ondan da pis. Çünki Putinin əsas hədəfi türk dövlətlərini işğal etməklə Rusiya daxilindəki labüd parçalanmanın qarşısını almaq və sovet hakimiyyətini yeni sümürgəçi funksionallıqda bərpa etməkdir. Rusiya bu qaçılmaz cəhdi Ukraynada qalib gəlsə də edəcək, məğlub olsa da. Digər tərəfdən məhz bu territoriyalar uğrunda Rusiyanın hərraca qoymağa, daha doğrusu, ABŞ-yə və yaxud Çinə peşkəş etməyə çoxlu resursları var. Bu mənada Türk dövlətləri birliyini tarixin ən böyük sınağı gözləyir. Qırğızıstan rəhbəri Cabbarov rezidensiyasının qabağına tələm-tələsik dağ boyda bir reklam şiti tikdirdi ki, ora gələn Putin qarşıdakı Ukrayna səfirliyinin binasını görməsin. Bu səbatla türk birliyi yaratmağın çətinliyini başa düşmək lazımdır. Bu Cabbarovları vahid vertikala düzmədən onlara inanmaq və etibar etmək olmaz. Tarixi zərurət yetişmişkən, Türk birliyi NATO ilə bərabər Ukraynaya hər cür yardım yardım etməlidir ki, Rusiya imperiyası dağılsın. Kənardan dağıtmayınca o duracaq. O dağılmayınca nə Avropanın, nə də bütün dünya türklərinin dincliyi olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 12:03
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi
02 Aprel 2026 11:47
“Paşinyanın Kremldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi...”
02 Aprel 2026 11:43
Cevdet Yılmaz İlham Əliyevə təşəkkür etdi
02 Aprel 2026 11:26
"Azərbaycan TDT-nin fəaliyyətinə fəal töhfə verməyə hazırdır" - Əli Əsədov
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

