İlham Əliyevlə Trampın dialoqunun tam versiyası - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri zamanı iki dövlət başçısının səmimi dialoqunu əks etdirən videogörüntülər yayılıb.
Adalet.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin Azərbaycanla ABŞ arasında Anlaşma Memoandumunu imzaladığı qələmi “tarixi qələm” adlandıraraq xatirə kimi özü ilə götürməsi diqqət çəkib.
D.Tramp isə Azərbaycan liderinin imzasının gözəl olduğunu deyib və Prezident İlham Əliyevi Qarabağ məsələsində göstərdiyi qətiyyətə görə “böyük lider” adlandırıb.
Azərbaycan Prezidenti, öz növbəsində, dünyadakı bir çox yerlərdə münaqişənin həllinə töhfə verən, sülh gətirən böyük liderin məhz onun yanında əyləşdiyini söyləyib.
Daha sonra D.Tramp Prezident İlham Əliyevin yüksək səviyyədə danışıq aparma bacarığını vurğulayaraq ona həm özü, həm də nəvələri üçün qızıl sikkələr hədiyyə edib.
Yekunda ABŞ lideri Azərbaycan Prezidenti ilə görüşün yüksək əhəmiyyətini ifadə edən daha bir hədiyyəni - Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim edib.
Digər Xəbərlər
18 Oktyabr 2026 16:13
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
18 Oktyabr 2026 11:51
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik etdi
18 Oktyabr 2026 09:52
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi
17 Oktyabr 2026 22:45
Hikmət Hacıyev həmin tarixdən YAZDI
17 Oktyabr 2026 20:21
"Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bütövdür" - Dövlət Bağçalı
17 Oktyabr 2026 15:40
Prezident Valeh Ələsgərova "Şərəf" ordeni verdi
17 Oktyabr 2026 13:56
“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”
17 Oktyabr 2026 11:32


Bakı -°C

