İlk dəfə 15 iyul çevriliş cəhdi barədə danışdı: Yoldaşıma “Yaşar Paşayı vurdular, öldü” demişdilər"

Türkiyənin milli müdafiə naziri, Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Yaşar Gülər 2016-cı ildə baş verən 15 iyul çevriliş cəhdi ilə bağlı ilk dəfə danışıb.
Adalet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, sözügedən hadisə barədə xatirələrini bölüşüb.
Nazir bildirib ki, həmin hadisə zamanı ölümdən dönüb: “Təxminən saat 21:25 radələrində xidməti otağıma maskalı, paltarlarından xüsusi təyinatlı olduqları hiss edilən 10-12 nəfər daxil oldu. Onların “uzan!” əmrinə tabe olmayıb birini yerə yıxdım. Bundan sonra hamısı üstümə gəldi. Boğuşma başladı. Türk əsgərinin düşmənə belə etmədiyi rəftarla qarşılaşdım. İstanbulda, kursda iştirak etməsi lazım olan bir zabit mülki geyimdə içəri girdi. Kinayə ilə “Narahat olmayın, komandirim, təlim keçirik” dedi. O xaini orada görəndə məsələnin nə yerdə olduğunu anladım”.
Y.Gülərin sözlərinə görə, onun əlini, gözünü bağlayaraq avtomobilə mindirib qərargaha aparıblar: “Həmin gecə məni öldürməsi ilə bağlı əmri alan zabit öldürüldü. Əgər o ölməsəydi, məni öldürəcəkdilər. Bir müddətdən sonra helikopterlə naməlum bir yerə aparıldım. Məni otağa həbs etdilər. F-16 qırıcı təyyarələrinin səsini eşidirdim. Çevrilişçilərin əsas mərkəzi olan "Akıncı" bazasında olduğumuzu anladım. Gecəboyu əllərim, gözlərim bağlı şəkildə otaqda qaldım. Bütün ömür boyu yaşadıqlarımı gün-gün, saat-saat xatırladım. Səhərə yaxın bomba səslərini eşitdim. Düşündüm ki, xainlər təyyarələrin yenidən qaldırılmaması üçün "Akıncı" bazasını bombalayıblar”.
Nazir əlavə edib ki, iyul 16-da səhərə yaxın otağın qapısı açıldı. Bir zabit içəri girdi. Ailəmlə telefonla danışmağımı təklif etdi: "Ayağa qalxmadım. Həmin zabitin qarşı tərəfdən olduğunu anladım. Biz tərəfdən olsaydı, mənim düşdüyüm vəziyyətdə olmalı idi. Əgər telefona tərəf getsəm, oyunun qurbanı olacaqdım. Deyəcəkdilər ki, qaçanda vurduq. Onlar üçün əsl problem mən idim. Çünki bu həqiqətləri bilən yeganə adam mən idim".
Y.Gülər sonradan ailəsi ilə danışa bildiyini söyləyib: “Yoldaşıma zəng etdilər. Oturduğum yerdən qışqıraraq yaxşı olduğumu dedim. Demə, məni qaçırdıqları gecə yoldaşıma “Yaşar Paşayı vurdular, öldü” demişdilər. Səhərə qədər yoldaşımın məndən xəbəri olmayıb".
Qeyd edək ki, 2016-cı il iyulun 15-də baş verən hərbi çevriliş cəhdi Türkiyənin iki böyük şəhərində - İstanbul və Ankarada olub. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci illərdən dən sonra uğursuz olan 5-ci müdaxilə kimi Türkiyə tarixinə keçib.
Digər Xəbərlər

Ərdoğanla Makron regional məsələləri müzakirə etdilər

Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - ƏRDOĞAN

Trüdo ağzından qaçırdı: Tramp həqiqətən bunu edə bilər

Paşinyandan başqa heç bir liderin qatılmadığı beynəlxalq sammit

Rus ordusu Donetskdə irəliləyir

"Ukraynaya hərbi yardımı dayandırın!" - Fransız siyasətçi
jpg-1738934227.jpg)
Fars-hay sevgisi:"İran Milli Kitabxanasında ilk dəfə erməni əlyazmaları öyrəniləcək"
