adalet.az header logo
  • Bakı 27°C
  • USD 1.7
13 Iyun 2022 11:17
1455
MÜSAHİBƏ

"İlk eksperimental psixoloji laboratoriya..." - MÜSAHİBƏ

Hər zaman insan üçün ən həssas mövzulardan biri də mənəviyyat məsələsidir. Mənəvi dünyamızın alt qatlarında isə insan psixologiyası və insan xarakterinin sirləri gizlənib. Demək olar ki, son illərdə həm dünyada həm də ölkəmizdə bu sahə üzrə kifayət qədər irəliləyişlər müşahidə olunur. Bu sahədə yeni – yeni terminlər və yeni üsullar meydana çıxır. Bunlardan biri də məhz eksperimental psixoloji laboratoriyadır. Mövzu ilə əlaqədar müsahibimiz Fidan Qənbərlidir.

 

- Fidan xanım, psixologiya ilə bağlı yeniliklərin müsbətə doğru olduğuna şahidlik etmək hər kəsi sevindirir. Bu mənada sizdən Eksperimental – psixoloji laboratoriya haqqında ümumi məlumat verməyinizi istərdim.

 

Bilindiyi kimi Psixologiya elmi çox geniş və dərin bir elm sahəsidir. Bu sahə üzrə araşdırılmalı olan bir çox məsələlər var. Laboratoriya olaraq əsas məqsədimiz insan psixikasında formalaşan alqoritimlərin düzənini və idarə edilməsi üzərindən araşdırmalar edib, Psixologiya elminə töhvə verməkdir. Zaqafqaziyada ilk dəfə Azərbaycanda yaradılan eksperimental-psixoloji laboratoriya 3ildir ki, fəaliyyət göstərir. Lakin laboratoriyanın qurulması pandemiya dövrünə təsadüf etdiyinə görə tədqiqatlar aktiv formada aparıla bilmirdi. Artıq bir ildir ki, aktiv formada fəaliyyət göstərən laboratoriyada, hal-hazırda, 3 mövzu əsas götürülüb: 1- ci “Elektronikanın psixi inkişafa təsiri”, 2 – ci “Uşaqlarda aqressiyanın yaranma səbəbləri”, 3 – cü “Psixi inkişaf ləngimələri.”

Bu mövzuların araşdırılması üçün biz ilk olaraq insan psixikasının inkişafında ciddi rol oynayan yaradıcılıq qabilliyyəti və bu istiqamətdə inkişafı təmin edən Art terapiyadan başladıq bu yolda bizə bir sıra uşaq baxçaları, tədris və inkişaf mərkəzlərdə dəstək verir. Belə ki, ilkin olaraq 500 uşaq üzərində üzrə müxtəlif istiqamətli konsultasiyalar aparılmışdır.

Bunun nəticəsində bizə həm bu günki uşaqların psixi inkişf səviyyəssi həmdə onların psixi inkişafına necə təsir edəcəyimiz metodlar bəlli olur.

Ümumi 500 uşaq arasında aparılan konsultasiyanın rəsm analizlərindən ortaya çıxır ki, respublika üzrə 3-12 yaş aralığında olan uşaqlarda inkişaf ləngiməsi özünü göstərir. Eyni zamanda araşdırmalar yalnız tarvmalar və problemlərlə bağlı deyil həmçinin bu uşaqların gələcəkdə hansı peşəyə sahib olarlarsa daha uğurlu olacaqları haqqında rəy vermək imkanımız olur. Beləliklədə biz uşaqlar üzərində apardığımız araşdırmalarla həm onların qabilliyyətlərini həmdə sıxıntılarını və bu yolda necə inkişaf edəcəyi üçün uyğun yolları təyin edə bilirik.

Bu kimi məsələlərin səbəblərinin və həll yollarının araşdırılması üçün tədqiqatlar davam edir.

- Siz bu laboratoriyanın ölkəmizdə daha da geniş miqyasda təbliğ olunması üçün nə kimi addımlar atmağı düşünürsünüz?

Bir az öncə də qeyd etdiyim kimi bir sıra mövzular üzrə araşdırmalar davam edir. Əlavə olaraq araşdırmaların daha geniş miqyasda aparılması üçün xarici univeristetlər, laboratoriyalarla danışıqlar aparılır və müsbət geri dönüşlər var. Elmi texniki inkişafın bu halında insan psixikasının tab gətirməsi çox vacib faktdır. Amma nədənsə bu zamana qədər Zaqafqaziyada belə bir laboratoriya qurulmamışdır. Düzdür,Bakı Dövlət Universitetinin tərkibində belə bir labarotoriya yaradılsa da, heç bir inkişaf mərhələsi keçməyib. Bu səbəbdən də biz AMEA - sı ilə əməkdaşlıq etməyi düşünürük.

Bizim məqsədimiz elmi inkişafa dəstək olmaq və sağlam mütəxəssislərin yetişməsinə dəstək verməkdir. Bu reallıqdır ki, bu gün cəmiyyətdə sağlam psixoloq tapmaq çətindir. Bunun əsəs səbəbi isə nəzəri biliklərə malik olan ali savadlı psixoloqların elmi tədqiqatlarda iştirak etməmələridir. Belə ki, nəzəri bilikləri tam olanların biliklərini elmi tədqiqatlarda tətbiq etmə və inkişaf mərhələlərini keçmələri və bu halın labarotoriya şəraitində təstiq etməsi onların ilkin uğur olacaqdır ki, bu da onların məşğul olduqları uşaqların sağlam psixikaya malik olmalarına səbəb olacaqdır.

– Məlum olduğu kimi haqqında danışdığımız bu yeni laboratoriya daha çox uşaqların psixologiyasına hesablanıb. Bununla bağlı əsas gözləntiləriniz nələrdir? Ölkəmizdə uşaqlar üçün bu yeni psixoloji üsulun nə kimi faydaları ola bilər?

Bəli,bizim üçün əsas olan uşaq psixologiyasının araşdırılmasıdır. İstənilən insanın mütləq bir uşaqlığı olmuşdur və uşaqlıqda yaşadığımız pozitiv və neqativ hallara görə böyüyür və elədə yaşayırıq. Yəni böyük insanların etdiyi uğurlu işlər və ya uğursuzluqlar hamısı uşaqlıqda formalaşan psixi durumla əlaqəlidir. Bunları nəzərə alaraq biz gələcək nəsilin düzgün inkişafını təmin etmək, sağlam uşaq psixologiyasının formalaşmasını özümüzə hədəf seçmişik.

Düşüncəmiz bu yöndədir ki, uşaq psixikasının inkişafının sağlamlaşdırılması yollarını tapdıqca hal-hazırda psixikası sağlam olmayan böyüklərin də uşaqlıqda hansı inkişafdan geri qaldığını təyin edə bilərik. Bu zaman onların da sağlamlaşdırılmasına dəstək verə bilərik.

Tarix boyu yeni yaradılan bir sistemi cəmiyyət qəbul etməkdə çətinlik çəkmişdir. Buna görədə biz düşünmürük ki, hər kəs bizi alqışlayacaq. Çünki elm qurban tələb edir, zəhmət tələb edir. Lakin güvənimiz də sonsuzdur.Əminik ki, zaman keçdikcə bu sahədə çalışan hər bir mütəxəssis labaratoriyanın xidmətlərindən yararlanmaq istəyəcəkdir.

- Bildiyim qədərilə bu sahə üzrə müxtəlif araşdırmalar aparırsınız. Bəs bu araşdırmalara kimlər qoşula bilər?

Bəli,bir az öncə qeyd etdiyim kimi bir ildir artıq biz bir neçə sahədə elmi tədqiqatlar aparmağa başladıq. Belə ki, psixologiya çox dərin və həssas bir elmdir. Ümumilikdə bütün elmlər bir-biri ilə əlaqəlidir çünki bütün elmlər fəlsəfədən yaranmasına baxmayaraq psixologiyada birləşir. Buna görə də, düşünürük ki, araşdırmalara psixologiya sahəsindən olan mütəxəssislərdən əlavə tibb, fizika, biologiya, kimya kimi elm sahələrinin mütəxəssisləri də bizə qoşulurlar.

Belə ki, bir az öncə qeyd etdiyim tədqiqatları art terapiya üzərindən aparsaq da burada mütləq fiziklərin iştirakı vacibdir. Çünki, psixi tərəfdən rənglərin beyində rolunu araşdırdığımız zaman rənglərin yaranmasını göz ardı edə bilmərik. Rəng anlayışı psixologiyadan öncə fizikada ortaya çıxmışdır. Məhz ışığın sınması nəticəsində işıq bir xətdən parçalanmaqla genişləndiyi üçün insana müxtəlif rənglər kimi görsənir. Məhz bu rənglərin görsənməsi şüanın sınma bucağına görə təyin edilir.

Tədqiqaqtlar zamanı bir çox məqam bizə bəlli oldu. Belə ki, şüanın sınması nəticəsində yaranan rənglər, insan psixikasına eyni sınma bucağı kimi təsir edir. Yəni bir insanın sevdiyi rəngə əsasən yaşadığı travmaları və ya beynində olan fikirləri təyin etmək mümkündür. Məhz bunu dərk etmək isə bir mütəxəssis üçün çox vacib bir məqamdır. Bu səbəbdən də biz laboratoriyamızda yalnız psixoloqları deyil bütün elm insanlarını görmək istəyirik. Təbii ki, elmi sevən insanların bizə qoşulmasını vacib sayırıq.

Ümid edirəm ki, zamanla elm sevən insanlar bizimlə əməkdaşlığa meyillənəcəklər. Bu isə həm cəmiyyətimiz üçün irəliləyiş olacaq, həm də elmə verə biləcəyimiz ən gözəl töhvə olacaqdır.

- Sonda məktəbli valideynlərinə hər hansısa bir mesajınız və ya demək istədikləriniz nələrsə varmı?

Valideynlərə tövsiyyə xarakterli bunu deyə bilərəm ki, övladları üçün hər hansısa bir mütəxəssisə üz tutduqda həmin mütəxəssisin sahəsi üzrə nəzəri biliyə sahib olub-olmaması ilə yanaşı bu kimi elmi tədqiqatlarda iştirak edib-etməməsi ilə bağlı da araşdırsınlar. Çünki düşünürəm ki, peşəkar mütəxəssis nəzəri biliklərini praktiki biliklərlə möhkəmləndirdiyi zaman cəmiyyət üçün yaralı olur.

 

Söhbətləşdi : Bünyamin Bünyadzadə