"İlk işimiz Milli Bankı ləğv etməkdir, iqtisadiyyatımız avroya keçməlidir" - Saakaşvili
"Gürcüstanda vəziyyət dəyişəndə ilk işimiz Milli Bankı ləğv etməkdir, Gürcüstan iqtisadiyyatı avroya keçməlidir".
Adalet.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə prosesində uzaqdan iştirak edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstan vahid vergi ölkəsi olmalıdır.
“Bu, çox sadə bir vəziyyətdir. Gürcüstanda vəziyyət dəyişəndə ilk işimiz Milli Bankı ləğv etmək, bağlamaqdır, çünki Milli Bank manipulyasiyalar üçün istifadə olunur. Bu tez edilməlidir. Praktiki olaraq İvanişvili böyük banklardan birinə sahibdir və eyni zamanda Milli Banka da nəzarət edir. İstənilən vaxt məzənnəni qaldırıb aşağı sala və ondan pul qazana bilər. Əvəzində inflyasiya tamamilə gözlənilməzdir, insanlar öz gəlir və xərclərini planlaşdıra bilmirlər. Artıq heç kimə heç nə yetmir və biz buna birdəfəlik son verməliyik. Gürcüstan iqtisadiyyatı avroya keçməlidir. Gürcüstana Milli Bank lazım deyil, Gürcüstana emissiya lazım deyil. Avropaya girsək, avro olmalıdır, xüsusən də gürcülərin əsas gəliri Avropadan gəlir. İkinci - Gürcüstan vahid vergi ölkəsi olmalıdır. Gürcüstana bu çoxqatlı vergi lazım deyil, çünki o, həm də korrupsiya mənbəyidir”, - Saakaşvili bildirib.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:44
İsrail ordusu “Hizbullah”ın silah anbarına zərbə endirib
26 Sentyabr 2026 23:36
Lavrov avropalıların Rusiya ilə müharibəyə hazırlaşdıqlarını deyib
26 Sentyabr 2026 23:16
Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
26 Sentyabr 2026 23:00
Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm
26 Sentyabr 2026 22:46
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
26 Sentyabr 2026 22:00
Xəzərdə 14 hərbçinin ölümünə görə xüsusi tapşırıq - Bir həftəyə...
26 Sentyabr 2026 20:00
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
26 Sentyabr 2026 17:34


Bakı -°C

