İmişlidə "patı" satanlar saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri – O.Babazadə və A.Həsənov saxlanılıblar. Hər iki şəxsin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə olan heroin aşkarlanıb.
Faktlarla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar aparılır. Narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Digər Xəbərlər
26 Sentyabr 2026 11:03
Polis ötən gün 57 nəfəri saxlayıb
26 Sentyabr 2026 09:53
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45


Bakı -°C

