17 Sentyabr 2025 10:53
117
İDMAN

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Tarixi qələbə oldu".

Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunu barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Hazırda sözlərimi ifadə etmək çətindir. Möhtəşəm oyun idi. İndi qələbənin dadını çıxarmaq istəyirik".

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.