İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
Yüzlərlə ürək tutmasından sağ çıxan şəxsin son yeməyi ilə bağlı aparılan araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
Adalet.az xəbər verir ki, kardioloq Oleq Varfolomeyev bildirib ki, tədqiqata cəlb olunan və ürək tutmasından sağ çıxan şəxslərin əksəriyyəti hadisədən bir neçə saat əvvəl ağır qidalar qəbul etdiklərini qeyd ediblər.
Həkimin sözlərinə görə, iştirakçıların hamısı tutmadan əvvəlki son yeməklərini "ağır" kimi xarakterizə ediblər. Mütəxəssislər hesab edirlər ki, həddindən artıq qida qəbulu ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər.
Əvvəlki araşdırmalar da göstərib ki, ürək tutmalarının sayı Yeni il və digər bayram günlərində artır. Alimlər bunu soyuq hava, fiziki aktivliyin azalması və emosional stress kimi amillərlə əlaqələndirirlər.
Bununla yanaşı, həddindən artıq yemək də risk faktorlarından biri hesab olunur. Tədqiqatlardan birinə əsasən, qeyri-adi dərəcədə ağır yemək yeyən şəxslərdə növbəti iki saat ərzində infarkt keçirmə ehtimalı dörd dəfə yüksəlir.
Araşdırma çərçivəsində infarkt keçirmiş 1986 nəfər arasında sorğu aparılıb. İştirakçılardan 158-i infarktdan əvvəlki 26 saat ərzində ağır yemək yediyini, 25 nəfər isə hadisədən iki saat əvvəl həddindən artıq qida qəbul etdiyini bildirib.
Mütəxəssislər xüsusilə yağlı qidaların ürəyə əlavə yük yaratdığını vurğulayırlar. Belə qidalar xolesterol səviyyəsini artırmaqla yanaşı, qan dövranında dəyişikliklərə, ürək döyüntüsünün və qan təzyiqinin yüksəlməsinə səbəb olaraq infarkt riskini artıra bilər.
Həkimlər ürək-damar xəstəlikləri olan şəxslərə yağ və karbohidratlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.
Digər Xəbərlər
27 Iyul 2026 12:24
Bu qarpızlar zəhərlənməyə səbəb olur – Ekspert açıqladı
27 Iyul 2026 09:16
Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər
26 Iyul 2026 09:36
Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət
25 Iyul 2026 11:44
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
25 Iyul 2026 11:24
Qəhvənin möcüzəvi təsiri - Xərçəng və diabet riskini azalda bilər
24 Iyul 2026 16:44
“Kondisioner xəstəlikləri”ndən qorunun!
23 Iyul 2026 10:25
D vitamini almaq üçün nə qədər günəş altında qalaq?
22 Iyul 2026 15:41


Bakı -°C

