"İnsanlar bir-birinə üzük, qazan, aşsüzən aparırlar, heç birini sənədləşdirmirlər" - Deputat
"Cəmiyyətimizdə mediasiya mədəniyyəti çox aşağı olduğu üçün insanlar mübahisənin barışıq formasında həll etməyə meyilli olmurlar. Bu sistemin səmərəliliyinin təbliğ olunması çox əhəmiyyətlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Mediasiya haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O bildirib ki, mediasiya sistemi bizim hüquq və cəmiyyətin özünün sisteminin güzgüsü kimi anlaşılamlıdır: "Xüsusilə ailə münasibətlərində çox ciddi məsələlər ortaya çıxır. Bu, nikah müqavilələri ilə bağlı məsələdir. Biz çox vaxt burada vətəndaş məsuliyyətsizliyi məsələsini arxa planda tutduğumuza görə bir sıra məsələlər mediasiya və məhkəmədə çətinlik yaradır. Bizdə nikah müqavilələri könüllüdür. Belə ki, insanlar bir-birinə üzük, qazan, aşsüzən və s. aparır, bunların heç birini sənədləşdirmir. Bunu sənədləşdirmədiyi üçün boşanma olan kimi mediasiyanın, məhkəmənin üzərinə yıxırlar ki, bunun alınıb qaytarılması təmin edilsin.
Bu mübahisələr gündəmi zəbt edir. Uşağın taleyi bir tərəfə qalır, amma üzüyün qaşını dəyişmisiz, bunu olduğu kimi qaytarmalısız deyə tələblər məhkəmənin əsas mövzusuna çevrilir. Ona görə nikah müqaviləsində məcburi elementləri bura tətbiq etməliyik. Bundan sonra heç bir şəxs hansısa şəkildə apardığı əşyaların geri qaytarılması tələbi ilə bu qədər uzun mübahisəyə girməyəcək. Bu məsələlər bir də qisas xarakterli amilə çevirilib. Bir çox hallarda həmin əşyalara ehtiyac olmasa da, prinsip onun alınması üçün ailə dəyərləri üzərində manipulyasiya edilməsinə səbəb verir. Bu, insanlar arasında barışmaz ziddiyyətlər yaradır".
Digər Xəbərlər
05 Oktyabr 2026 21:02
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
05 Oktyabr 2026 20:50
Nazir Marko Rubio ilə danışdı
05 Oktyabr 2026 19:00
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05 Oktyabr 2026 18:41
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş keçirilib
05 Oktyabr 2026 18:35
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə müzakirə apardı
05 Oktyabr 2026 14:31
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir
05 Oktyabr 2026 14:14
Prezident hakim partiyanı cəbhəyə sürdü - İdeoloji savaş başlanır
05 Oktyabr 2026 13:26


Bakı -°C

