adalet.az header logo
  • Bakı -°C
02 Yanvar 2026 08:44
118
DÜNYA
A- A+

"İnsanlar narazıdırsa, bu, bizim günahımızdır" - Pezeşkian

Tehranda İranın pul vahidinin ucuzlaşması və iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Adalet.az xəbər verir ki, etirazlara münasibət bildirən İran prezidenti Məsud Pazeşkian problemlərin həllində uğur səviyyəsinin əsasən düşüncə tərzindən və yanaşmadan asılı olduğunu bildirib.

Pezeşkian hökumətin effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalı olduğunu vurğulayıb.

"İnsanlar narazıdırsa, bu bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir", -deyə Məsud Pezeşkian qeyd edib.