“İnsanları dəyənəklə əhliləşdirmək lazımdır” - Ukraynada səfərbərlik qalmaqalı
Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Ərazi Təşkilat Mərkəzlərinin (hərbi komissarlıqlar) əməkdaşlarının özbaşınalığına müqavimət göstərən vətəndaşları kəskin tənqid edərək onların “özlərini heyvan kimi apardıqlarını” bildirib.
Adalet.az “Ukraina.ru”ya istinadən xəbər verir ki, spiker Vətəni müdafiə etməyin şərəfli bir borc olduğunu vurğulayıb.
Stefançuk səfərbərlik prosesindəki problemlərdən danışarkən qalmaqallı ifadələr işlədib:
“Əgər insanlar özləri hərbi xidmətə getsəydilər, hərbi komissarlıqlar heç ehtiyac da qalmazdı. Amma hamı öz yuvasında gizlənir, biz də onları məcburi toplamaq məcburiyyətində qalırıq. Xidməti cəlbedici etmək lazımdır, nəinki indiki kimi... Burada pul da kömək etmir. İnsanları əhliləşdirmək lazımdır – haradasa dəyənəklə, haradasa şirniyyatla, amma ən yaxşısı dəyənəklə...”
Mövzu ilə bağlı Ali Radanın deputatı Ruslan Horbenko avqustun 24-də bildirib ki, yayınanların tapılması və “bron”u olanların yoxlanılması sayəsində ölkə hər ay əlavə 5 min nəfəri səfərbər edə bilər.
Maraqlıdır ki, bundan bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyindən səfərbərlik prosesinin “daha insani formaya” salınması üçün həll yolları təklif etməsini tələb etmişdi.
Digər Xəbərlər
10 Noyabr 2026 19:00
Makron həyat yoldaşını təhqir edən aparıcını yenidən məhkəməyə verdi
10 Noyabr 2026 18:50
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
10 Noyabr 2026 18:13
Bolqarıstanda matəm ELAN EDİLDİ - VİDEO
10 Noyabr 2026 18:09
Yerin altında silah arsenalı inşa etdilər
10 Noyabr 2026 17:41
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
10 Noyabr 2026 17:37
Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır
10 Noyabr 2026 17:03
Faciəvi partlayışa görə saxlanılanların sayı artdı
10 Noyabr 2026 13:47


Bakı -°C

